LAYİHƏ HAQQINDA

Virtual Qarabağ elektron kitabxanası “Virtual Qarabağ” İKT Mərkəzinin layihələrdəndir. Virtual kitabxanada Qarabağın tarixi, mədəniyyəti, Qarabağ münaqişəsinin siyasi və hüquqi aspektlərinə dair müxtəlif dillərdə kitablar, xəritələr, məqalələr, bülletenlər, jurnallar, qəzetlər elektron formatda toplanmışdır. Elektron kitabxana müasir axtarış sistemi ilə idarə olunur. Kitabxanadan Qarabağla maraqlanan gənclər, mütəxəssislər, tədqiqatçılar və geniş oxucu kütləsi  istifadə edə bilər. Virtual kitabxana Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında rol oynayır. Elektron kitabxana vaxtaşırı yenilə­nir.