Welcome to the Virtual Karabakh e-library
Go here for the most widely read books by category
Important books in the e-library
Yazıçı-jurnalist Nəsiman Yaqublunun “Xocalı qırğını” kitabı XX əsrin ən böyük faciəsi olan Xocalı hadisəsinə həsr olunub. Kitabda Xocalı faciəsində ölənlər, yandırılanlar, diri-diri başları kəsilənlər, dırnaqları qoparılıb işgəncə ilə öldürülənlər haqqında geniş məlumat verilib. Ermənilərin vəhşiliyi, türk qanına hərisliyi ağrılı bir dillə yazılıb. Kitabda həmçinin ayağı kəsilən, şikəst olan qadınlarımızın, cavanlarımızın, oğlu, qızı itkin düşmüş analarımızın faciəsi də təsvir edilib.
VII Yüzilliliyin abidəsi olan Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatlunun “Albaniya tarixi” əsəri üç hissədən ibarətdir və mütəxəssislər belə hesab edirlər ki, ikinci və üçüncü kitablar X əsrdə yazılmışdır. Əlbəttə, VII əsrdə yaşayıbyaratmış müəllif X əsrə qədər, üç yüz il yaşaya bilməzdi. Demək, üç kitabdan yalnız birinin,yaxud X əsrdə yazılması zənn edilən ikisinin müəllifi Moisey Kalankatuklu ola bilərdi.
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu kitabı Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynamış Şuşa şəhərinin ilk məhəllələrindən biri olan Təbrizli məhəlləsindən və sakinlərinin yaşam yolundan bəhs edir. XVIII, XIX, XX yüzilliklərdə Təbrizli məhəlləsində baş verən önəmli hadisələr, şəhərin iqtisadi, mədəni həyatı sənədlərlə, şahidlərin bilgisi ilə qələmə alınaraq oxucuların önünə çıxarılıb. Kitabda arxiv materiallarından istifadə edilməklə Təbrizli məhəlləsinin demoqrafik mənzərəsi, məhəllə sakinlərinin şəcərəsi yaradılıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Subscribe to receive emailed information about new books added to the e-library
Baku, Azerbaijan
+99412 505 57 90